Əziz valideyn olmaq istəyən şəxs
Avropanın ürəyində Surroqatlıq və Yumurta Donorluğu şirkəti, Medvisit Qlobala xoş gəlmisiniz. Şirkətin təsisçiləri olan həkimlər sonsuzluğun müalicəsi sahəsində 9 ildən artıq təcrübəyə sahibdirlər və dünyanın müxtəlif yerlərindən gələn minlərlə valideynə kömək ediblər. Biz sizin həyatınızı həmişəlik dəyişmək və baş verəcək möcüzənin bir hissəsi olmaqdan qürur hissi duymaq üçün buradayıq.
Siz yəqin ki fertillik problemi ilə üzləşdikdən sonra bizə müraciət edirsiniz. Biz sizin həyatınızı dəyişən hadisənin hissəsi olmaqdan xoşbəxtik. Bizə gəldiyiniz üçün siz əmin əllərdəsiniz.
Fertillik müalicəsinin son həll yollarını təşkil etmək üçün biz təhlükəsiz bir yer təmin edirik. Bizə ümid və güvənlə yanaşan hər bir valideynin ehtiyaclarını ödəmək üçün bir neçə proqram hazırlamışıq.
Surroqat Proqramı
Biz gestasional daşıyıcı (surroqat ana) ehtiyacı olan, lakin sağlam yumurta və spermanı özləri təmin edə biləcək valideynlər üçün surroqat proqramını təmin edirik. Xüsusi ehtiyaclarınıza cavab verən ən uyğun bir ana namizədin seçilməsində sizə kömək edirik. Hamiləliyinizdən əvvəl və hamiləlik müddətində hər hansı bir vaxtda surroqat ana ilə sizin görüşünüzü təşkil etməkdən məmnunuq. Bizim surroqat ana koordinatoru sizin surroqat ana ilə ünsiyyətinizi təmin edir, sizin istəyiniz əsasında video zəngləri təçkil edir, onun tibbi yoxlanışlarını izləyir, həyat şəraitinə nəzarət etmək üçün gözlənilməz səfərlər təşkil edir, aylıq tibbi hesabatı sizə təqdim edir və bütün proses zamanı sizi tam məlumatlı saxlayır. Bizim koordinatorlarımız hər surrroqat ana ilə daim əlaqə saxlayır və bu xidmət gündə 24 saat və həftədə 7 gün əlçatandır.
Yumurta Donorluğu ilə Surroqatlıq
Yumurta Donoru ilə Surroqatlıq yumurta təmin edə bilməyən və bir gestasional daşıyıcı (surroqat ana) ehtiyacı olan valideyn olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Bizim sınanmış, sağlam və gözəl yumurta donorlarımızın mükəmməl məlumat bazası var. Bizim koordinator sizin xüsusi ehtiyaclarınıza cavab verən ən uyğun yumurta donorunun seçilməsində kömək edir. Gürcüstanda yumurta donorluğu tamamilə şəffaf və qanuni bir şəkildə həyata keçirilir, biz yumurta donorunun fotoşəkillərini, sağlamlıq tarixçəsini, donorluq tarixçəsini və ailə məlumatlarını sizlərlə paylaşırıq. Bizim yumurta donoru koordinatorumuz görüşü sizin və yumurta donoru namizədinin razılığı ilə təşkil edir. Yumurta donoru namizədlərilə görüşmək üçün iştirakınız mümkün olmasa, sizinlə video zəngi təşkil edə bilərik.
Öz Yumurta Donoru ilə Surroqatlıq
Əgər valideyn olmaq istəyənlər gestasional daşıyıcıya (surroqat ana) ehtiyac duyursa, lakin özlərinin yumurta donoru varsa (onların dostu, ailə üzvü, hətta digər yumurta donorluğu üzrə agentliyin namizədi), biz öz yumurta donorunu bizə gətirmək üçün belə valideynləri də salamlayırıq. Yumurta donorunun yumurta donor namizədi üçün təyin edilmiş beynəlxalq standartlara cavab verməsi lazımdır, buna görə onun yaşı və tibbi tarixçəsinə dair məlumatlar, tibbi test nəticələrinin skan versiyalarının təmin edilməsi sizdən xahiş olunur. Bizim yumurta donoru koordinatorumuz sizə tələblər siyahısını təqdim edir və yumurta donorunun uyğunluğu və onun təsdiqlənməsinə aid suallarınızla bağlı kömək edir. Biz sizin yumurta donorunuz ilə bizim surroqat ananı uyğunlaşdırmaqdan və sizin yumurta donorunuzun müayinəsini (əgər siz öz ölkənizdə əvvəlcədən bunu təşkil edə bilmirsinizsə) və tibbi hazırlığınız da daxil olmaqla, tam kömək göstərməkdən məmnunuq
Donmuş Embrionlarla Surroqatlıq
Əgər valideyn olmaq istəyənlərin hər hansı bir klinikada saxlanılan dondurulmuş embrionları varsa və onların surroqat anaya ehtiyacı olduqda, onları bizə göndərə bilərlər. Proqram üçün yeganə məhdudiyyət embrionların sizin yumurta və spermalardan (yumurta donorunun köməyi olmadan yaradılan) hazırlanmış olmasıdır. Biz sizin dondurulmuş embrionlarınızı təhlükəsiz şəkildə bizə təhvil verə biləcək çatdırılma şirkətlərinin əlaqə vasitəsini sizinlə paylaşmaqdan məmnunuq, beləliklə də biz onları surroqat anaya köçürə və bu proqramı davam etdirə bilərik
Yumurta Donorluğu (Yumurta Donorluğu Dövrəsi) ilə İn Vitro Fertilizasiya (İVF)
Bəzi valideyn olmaq istəyənlər yalnız yumurta donorunun köməyinə ehtiyac duyurlar və gestasional daşıyıcıya (surroqat ana) ehtiyac duymurlar. Bu halda, sizə lazım olan ən uyğun yumurta donorunun seçimində biz kömək edirik. Yumurta donoru haqqında məlumatları (fotoşəkillər, donorluq tarixçəsi, ailə tarixçəsi, hobbiləri) sizinlə paylaşırıq. Yumurta donoru koordinatorumuz, görüşünüzü sizin və onun razılığı ilə yumurta donoru namizədilə təşkil edir. Siz yumurta namizədlərlə görüşə gəlmədikdə, sizinlə video görüşməni təşkil edə bilərik.
Zəmanətli Uşaq Proqramı (Məhudiyyətsiz İVF Planı)
Bizim həmçinin məhdudiyyətsiz İVF planını əhatə edən Zəmanətli Uşaq Proqramımız var. Bu proqramın ödəniş haqqı sabitdir və vitro fertilizasiyadan (IVF) məhdudiyyətsiz istifadəni əhatə edir (körpə doğulana qədər) və valideynlər təkrarlanan cəhdlər barədə narahat olmamalıdırlar. Bu proqramın şərti ondan ibarətdir ki, həkim sperm nəticələrinin uyğunluğunu təsdiq etməlidir və yumurta donoru sizin seçiminizə əsasən biz tərəfdən təklif olunur. Zəmanətli Uşaq Proqramına valideyn olmaq istəyənlər tərəfindən çox müraciət olunur, çünki bu proqram əvvəlcədən dəqiq ödənişi bilməyə sizə imkan yaradaraq maliyyə ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırır.
Bizim işçi heyətimiz əlaqə yaratdığınız ilk vaxtdan evinizə körpəniz ilə birgə qayıdana kimi kömək göstrəməyə tamamilə hazırdı. Bu yolda sizinlə birgə olmaq üçün, bizimlə email vasitəsiylə info@medvisitglobal.com əlaqə yarada bilərsiz və ya (+995 599) 49 16 04 nömrəsinə (biz viber, skype və whatsappda varıq) zəng edərək öz məlumatlarınızı bölüşə bilərsiz: adınız, vətəndaşlığınız, yaş, evlilik statusu, sizin ehtiyaclarınız (surroqat ana, yumurta donoru və s.). Bizim koordinatorumuz sizə 24 saat ərzində cavab verəcək və sizə valideynliyə aparan uğurlu yolda növbəti addımlarla bağlı kömək edəcək.