Qamet Dondurulması və Çatdırılması
Qamet dondurulması Köməkçi Reproduktiv Texnologiyalar (ART) sahəsində ümumi bir prosedurdur. Dondurulmuş yumurtadan istifadə edərək yüzlərlə körpə doğulur.
Yumurtanın dondurulması, ailəyə başlamazdan əvvəl valideyn olmaq istəyən anaya hələ də doğum imkanını qorumasına şərait yaradır. Bunun digər üsulu embrionun dondurulmasıdır (artıq qalan embrionların qorunması üçün də istifadə oluna bilər). Hər iki üsul valideyn olmaq istəyənlər tətəfindən geniş istifadə olunur.
Medvisit Qlobalda biz bunları təmin edirik:
Yumurta Dondurulması və Saxlanılması
Sperma Dondurulması və Saxlanılması
Embrion Dondurulması və Saxlanılması
Dondurulmuş Yumurta, Sperma və Embrionların istənilən məkana çatdırılması
Dondurulmuş embrionların başqa bir klinikaya göndəriləcəyi ilə əlaqədar bir sıra hallar var:
• Valideyn olmaq istəyənlər başqa bir ölkədə İVF dövrü və ya surroqat üçün embrion yaratdıqda və dondurduqda
• Valideyn olmaq istəyənlər IVF dövrünü uğursuz keçirdikdə, dondurulmuş embrionları olduqda və onları digər klinikada istifadə etmək istədikdə
• Klinikada embrionlar saxlanıldığı zaman məhdud saxlama sahəsi olduqda və ya klinika bağlandıqda
Dondurulmuş yumurtaların, sperma və ya embrionların çatdırılması, adətən, təcrübəli krigenik çatdırılma təminatçıları vasitəsilə həyata keçirilir və onların xidmətinə çatdırılma sənədlərini təmin etmək, koordinasiya etmək, rəsmiləşdirmə və gömrük məsələləri daxildir. Embrionlar, adətən, çatdırılma prosesinin davamı üçün sabit bir temperatur saxlayan maye azot konteynerində (quru buxar) saxlanılır. Konteyner klinikaya gəldikdən sonra, heyət embrionları yükləyəcək, göndərmə kartonunu bağlayacaq və çatdırılma üçün kuryerə məlumat verəcək.