Niyə Medvisit Qlobal
Ailə qurmaq üçün valideyn olmağa hazırlaşanlara kömək etmək böyük bir şərəfdir, həm də böyük məsuliyyətdir. Valideyn olmaq istəyənlərə kömək etmək istəyən bir çox xoşniyyətli surroqat və yumurta donorluğu şirkətləri var, amma arzu və xoş niyyət kifayət deyil. Sonsuzluq müalicəsi sahəsi çox həssasdır və prosesin hər bir mərhələsində xüsusi bilik, geniş təcrübə, unikal yanaşma və səbr tələb edir.
Medvisit Qlobalda biz bütün bunları müvəffəqiyyətlə aparırıq və valideyn olmaq istəyənlərə yüksək xidmət göstərmək üçün möhkəm zəmin yaratmışıq.
Proqram Koordinatoru kimi fəaliyyət göstərən Həkimlər
Şirkətin təsisçiləri həkimlərdir və hər bir proqramın gündəlik həyata keçirilməsində iştirak edirlər, çünki onlar özləri koordinatorluq edirlər və kənarda dayanmırlar. Proqramın hər bir addımı şirkətin təsisçiləri tərəfindən izlənilir və keyfiyyətin təminatı bir nömrəli prioritetdir. Hər bir proqrama kifayət qədər vaxt ayrıldığına əmin olmaq üçün və çox sayda müraciətlərə baxmayaraq qayğının keyfiyyətini riskə atmamaq üçün bizim məhdud sayda proqramlarımız var.
Həmtəsisçi və Direktor Tamuna Qabuniyanın tibb üzrə təhsili var və Gürcüstanda doğum xəstəxanasında bir neçə illik geniş təcrübəyə malikdir. Bundan sonra, o, təxminən doqquz il ərzində surroqat ana və yumurta donoru üzrə koordinator vəzifəsində işləmişdir. Buna görə də, o, surroqat analar və yumurta donorlarının xüsusiyyətləri, hamiləlik qayğısı və koordinasiyasının bütün aspektləri haqqında tam biliyə malikdir.
Həmtəsisçi Matuta Bzalava Gürcüstan Tibb Universitetinin tibb fakültəsini və Nyu-York Dövlət Universitetinin İctimai Sağlamlıq üzrə Magistr dərəcəsini almışdır. Fertillik müalicəsi sahəsində doqquz illik təcrübəsi var və Hindistan, Tayland və Meksikada nüfuzlu beynəlxalq Surroqat və yumurta donorluğu agentliklərində beynəlxalq pasient koordinatoru kimi çalışmışdır.
Qanunvericilik
Biz təhlükəsiz və hüquqi cəhətdən dəstəklənən mühitdə Surroqat və Yumurta Donoru xidmətimizi təmin edirik. Gürcüstanda surroqat və yumurta donorları haqqında qanunlar tamamilə aydın şəkildədir və dəstəklənir. Gestasional Surroqat və Yumurta / Sperma Donorluğu 1992-ci ildən bəri Gürcüstanda qanunidir. Surroqat ananın və yaxud yumurta donorunun doğulan uşağın üzərində analıq hüququ yoxdur. Valideyn olmağa hazırlaşanların valideynlik üçün Gürcüstanı, Tiflisi seçmələrinin əsas səbəblərindən biri doğulan körpənin doğum şəhadətnamsəi üzərində onların adlarının qeyd olunmasının qanun əsasında tətbiq olunmasıdır.
Gürcüstan, dünyadakı çox az sayda surroqat dostu ölkələrdəndir ki, valideyn olmaq istəyənlərə uşağın doğum şəhadətnaməsində surroqat ananın adını çəkmədən qeydiyyatdan keçməsinə icazə verir. Surroqat və yumurta donorluğu Gürcüstandakı valideyn olmaq istəyən evlilər üçün qanunidir. Körpənin doğum şəhadətnaməsinin bir günə verildiyini və körpənin çıxış prosesinin rahat və sadə olduğunu qeyd etməyə dəyər.
İnanılmaz Qənaət
Gürcüstana səfər etməklə siz hətta özünüz və sizinlə birgə gələn üçün səyahət, yaşayış və tətil üçün ödəniş etdiyinizdən sonra, müalicə xərclərinizin 50-80% arasında qənaət edirsiz. Xidmət haqqımız proqram müddətində ödənilir və ödənişlər bir neçə addımdan ibarət mərhələlərə bölünür. Zəmanətli Uşaq Proqramımız, valideynlər tərəfindən ən çox bəyəniləndir, çünki hər hansı maliyyə qeyri-müəyyənliklərini aradan qaldırmağa və valideyn olmaq istəyənlərə müəyyən edilmiş ödəniş üçün icazə verir və onlar zəmanətli nəticələr əldə edirlər.
Surroqat Ana ilə Asanlaşdırılmış Ünsiyyət
Prosesin hər hansı bir mərhələsində valideyn olmaq istəyənlər və surroqat anaların arasında ünsiyyəti asanlaşdırırıq və onları buna həvəsləndiririk. Hətta proqrama başlamazdan əvvəl bir-birinizi tanımaq üçün həm sizə, həm də surroqat anaya şərait yaradırıq. Siz gəlib görüşə bilmədikdə surroqat ana ilə video zəngi təşkil edir və prosesi asanlaşdırırıq.
Yüksək Uğur Göstəricisi
Dünya səviyyəli imkanlar, təcrübəli tibbi heyət. Embrioloqlar və tibb mütəxəssisləri, yüksək qayğı, sağlam surroqat anaları, sınanmış yumurta donorları və geniş təcrübə bizə fəxr edəcəyimiz yüksək uğur göstəricisinə nail olmaq üçün öncədən bütün tədbirləri almağa imkan yaradır. Beynəlxalq səviyyəli təlim keçmiş mütəxəssislərimiz sizinlə səyahətinizin ilk addımından fərdi qayğı və müalicə planı təmin etməyə hazırdır