Bizim xidmətlər
Fertillik müalicəsi üzrə doğru klinikanın tapılması, qanuni təhlükəsiz mühitdə və uzun müddət gözləmə müddəti olmadan münasib qiymətə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi valideyn olmaq istəyən xaricilər üçün ciddi bir sınaq ola bilər. Biz Tiflisdə, Gürcüstanda stressiz qalmağı təmin edərək həyatınızı asanlaşdırırıq, burada dünya səviyyəsində tanınmış fertillik üzrə həkimlərimizdən təhlükəsiz, rahat və mehriban bir mühitdə ən yüksək keyfiyyətli müalicəni əldə edə bilərsiniz. Avropanın ürəyində bir əlaqə vasitəsilə müxtəlif fertillik müalicəsi xidmətlərini sizə təqdim edirik.
Zəmanətli Uşaq Proqramı
Zəmanətli Uşaq Proqramını surroqat ana və yumurta donoruna ehtiyacı olan və tam zəmanətli nəticələr əldə etmək istəyən valideynlər üçün hazırladıq. Proqramın böyük üstünlüyü ondan ibarətdir ki, onlar təkrarlanan cəhdlər barədə narahat olmayacaqlar, çünki bu proqram İVF-dən məhdudiyyətsiz cəhdi təmin edir. Proqramın məbləği standart proqram dəyərindən daha yüksəkdir, lakin sakitlik axtaran və imkanları olanlar üçün bu proqramın alternativi yoxdu və valideyn olmaq istəyənlər arasında çox məşhurlaşır. Pulsuz məsləhət üçün info@medvisitglobal.com elektron ünvanı vasitəsiylə və ya telefonla əlaqə saxlayın: + 995 599 49 16 04
Mikroenjeksiyon ilə və ya onsuz İVF
Gürcüstan həmişə reproduktiv tibbdə inkişafı ilə tanınır. Son on il ərzində Köməkçi Reproduktiv Texnologiyalar (ART) vasitəsilə fertillik müalicəsi sahəsində əhəmiyyətli addımlar atıb və dünyanın müxtəlif yerlərindən gələn valideyn olmaq istəyənlər buraya üstünlük verilir. İnfertilliyə diaqnoz qoyan və müalicə edən aparıcı qurumlar ultra-modern laboratoriya, instrumental-tədqiqat və müalicə texnologiyaları ilə təchiz olunmuşdur. Gürcüstanın fertillik üzrə mütəxəssisləri bu sahədə ən tanınmış mütəxəssislərdəndir. Yüksək səviyyəli yerli və dəvət olunmuş İVF mütəxəssislərimiz Gürcüstanda İVF-nin böyük uğuruna töhfə verərək ən yüksək qayğı səviyyəsini təmin edir. Biz Gürcüstandakı bütün aparıcı İVF klinikaları ilə əməkdaşlıq edirik və valideyn omaq istəyənlərə reproduktiv sahənin aparıcı mütəxəssislərindən öz İVF həkimini təyin etmək üçün seçim azadlığını təmin edirik. Hər bir tərəfdaş klinika İn Vitro Fertilizasiya prosedurları üçün yüksək uğur göstəriciləri ilə tanınır. Tibbi turizm sənayesinin inkişafı Gürcüstan haqqında məlumatlılığın artmasına töhfə verib və onu qlobal xəritədə qadın və kişi fertilliyi müalicəsi üçün ən yaxşı yerlərdən biri kimi tanıdıb. Biz sizin rahatlığınız üçün tam bir xidmət təqdim edirik. Medvisit Qlobal dünyanın hər hansı bir yerindən olan xəstələri öz İn Vitro Fertilizasiya (IVF) proqramlarını tamamlamaq üçün salamlayır. Gürcüstanda müalicə planını həyata keçirdikdə sizə isti və mehriban mühit təklif edirik. İVF-nin sizin üçün düzgün müalicə olub-olmadığını öyrənmək üçün info@medvisitglobal.com vasitəsilə pulsuz məsləhət əldə edin və ya + 995 599 49 16 04 nömrəsinə zəng edin.
Yumurta Donoru ilə İVF
Biz uşağa sahib ola biləcək, amma müxtəlif səbəblərdən (yaş, mövcud tibbi vəziyyət və s.) yumurta təmin edə bilməyən valideyn olmaq istəyənlər üçün Yumurta Donoru ilə İn Vitro Fertilizasiya (İVF) proqramını təqdim edirik. Sizin xüsusi ehtiyaclarınıza cavab verən ən uyğun yumurta donorunun seçilməsində tam yardım göstəririk. Qeyd etməyə dəyər ki, yumurta donorlarımızın profilinə təklif olunan namizədlə bağlı bütün məlumatlar daxildir, məsələn, onların şəkilləri, ailə tarixçəsi, donorluq tarixçəsi, şəxsi və tibbi müayinə məlumatları. Yumurta donorlarımız yumurta donorluğu üçün təyin edilmiş beynəlxalq standartlara cavab vermək və İVF proqramının müvəffəqiyyətini maksimum dərəcədə artırmaq üçün ciddi seçim prosesi əsasında seçilir. Gəlməzdən əvvəl yumurta donoru ilə valideyn olmaq istəyənlər üçün video zəngi təşkil edirik. Donor namizədi seçiminə gəlmək istəyənlər üçün isti və rahat bir mühitdə şəxsi görüşlər təşkil edirik. Yumurta Donoru ilə İVF-nin sizin üçün düzgün bir müalicə olub-olmadığını öyrənmək üçün info@medvisitglobal.com vasitəsilə pulsuz məsləhət alın və ya + 995 599 49 16 04 nömrəsinə zəng edin.
Surroqatlıq
Biz öz sperma və yumurtasını təmin edə bilən, lakin surroqat anaya ehtiyacı olan evli heteroseksual cütlükləri salamlayırıq. Hər bir valideyn olmaq istəyənlərə onların xüsusi və unikal ehtiyaclarına cavab verən ən uyğun surroqat ana ilə uyğunlaşdırmaq üçün illərdir ki təcrübəmiz var. Müraciət edən hər bir surroqat ana namizədi uğurlu surroqatlıq üçün müəyyən edilmiş beynəlxalq standartlara cavab verən dərin müayinə prosesindən keçirir. Surroqat səyahətiniz zamanı siz və surroqat ana arasında ünsiyyəti asanlaşdırırıq. Əgər surroqat ananın seçilməsi zamanı gəlməsəniz, onunla video söhbət təşkil edə bilərik və surroqat ananın fotoları, tibbi tarixçəsi, hamiləlik tarixçəsi, ailə məlumatı, tibbi müayinə nəticələri və s. ilə tam profilini sizə təqdim edə bilərik. Bizim surroqat analarımız hamiləliyin bütün dövründə nəzarət altındadır. Bizim surroqat ana koordinatoru surroqat ananın bütün təlimatlara əməl etdiyinə, aylıq müayinələrdə iştirak etdiyinə əmin olur, bütün suallarına cavab verdiyinə və özünün, eləcə də körpənin sağlamlığını qoruması üçün əlindən gələni edir. Surroqatlığın sizin üçün düzgün müalicə olub-olmadığını öyrənmək üçün info@medvisitglobal.com vasitəsilə pulsuz məsləhət alın və ya + 995 599 49 16 04 nömrəsinə zəng edin.
Yumurta Donoru ilə Surroqatlıq
Həm yumurta donoru, həm də bir surroqat anaya (gestasional daşıyıcıya) ehtiyacınız varsa, biz sizə tam xidmət göstərə bilərik. Yumurta Donoru ilə Surroqatlıq Gürcüstanda evli heteroseksual cütlüklər üçün qanunidir və təhlükəsiz mühitdə əlverişli proqramlar axtaranlar üçün bura məşhur bir yerə çevrilmişdir. Sizin uğurlu proqramınız üçün həm yumurta donorunun, həm də surroqat ananın seçilməsini asanlaşdırırıq. Yumurta donorunun seçilməsi bizimlə asan bir prosesdir, çünki seçmə prosesini rahat etmək üçün yumurta donoru namizədləri haqqındaonların tam profilini sizə təklif edirik. Yumurta donoru koordinatorumuz yumurta donoru haqqında aşağıdakı məlumatları bölüşəcək: şəkillər, donorluq keçmişi, sağlamlıq vəziyyəti, ailə tarixçəsi, şəxsi məlumat. Sizə maraqlı olduqda, biz yumurta donor namizədləri ilə video zəngi təşkil edə və ya üz-üzə görüşməni asanlaşdıra bilərik. Yumurta Donoru ilə Surroqatlığın sizin üçün doğru müalicə olub-olmadığını tapmaq üçün info@medvisitglobal.com vasitəsilə pulsuz məsləhətləşmə edin və ya + 995 599 49 16 04 telefon nömrəsinə zəng edin.
Səyahət Edən Yumurta Donorları
Hər hansı bir ölkədə İVF klikanız varsa, lakin əlverişli paket haqqı olan bir yumurta donoruna ehtiyacınız varsa, biz səyahət edən yumurta donorumuzu sizin üçün istədiyiniz yerə gətirə bilərik. Yumurta donoru üzrə koordinatorumuz hər bir donorumuzu tibbi müayinədə müşaiyət edir, tibbi protokola əməl etdiyini izləyir, bütün səyahət və yumurta donorluğu zamanı tam dəstək və rəhbərlik verir. Pulsuz məsləhət üçün info@medvisitglobal.com vasitəsilə əlaqə saxlaya və ya + 995 599 49 16 04 nömrəsinə zəng edə bilərsiniz.
Embrion, Yumurta və Sperma Dondurulması və müftəlif istiqamətlərə çatdırılması
Biz dondurulmuş yumurta, sperma və ya embrionların istənilən yerə çatdırılmasını təmin edirik. Biz dondurulmuş materialları sizin məkana təhlükəsiz və vaxtında çatdıra bilən təcrübəli çatdırılma provayderləri ilə sizi tanış edəcəyik. Pulsuz məsləhətləşmə etmək üçün info@medvisitglobal.com vasitəsilə əlaqə saxlaya və ya + 995 599 49 16 04 nömrəsinə zəng edə bilərsiniz.